RU

Narkotik alverçiləri ölkələrin qanunlarını, sərhədlərini tanımır

ain.az, Newscenter.az portalına istinadən məlumatı açıqlayır.

Narkotik maddələrin yaratdığı fəlakət təkcə istifadəçini deyil, onun ailəsini, yaxınlarını, cəmiyyətin bütövlüyünü hədəfə alır. Xüsusən də azyaşlılar və gənclər bu təhlükənin əsas hədəf qrupudur. Onların təcrübəsizliyi, maraq hissi və bəzən də yanlış təsir altına düşməsi, narkotikdən qaynaqlanan faciələrin başlanğıc nöqtəsinə çevrilə bilir.1. Erkən maarifləndirmənin həyati əhəmiyyətiBeynəlxalq araşdırmalara görə, narkotik maddələrə başlama yaşının çox zaman 13-17 arası olduğu müşahidə olunur. Narkotikə erkən yaşda başlayanların asılılıqdan xilas olmaq şansı 4 dəfə azdır. Yəni gənclər zərərin fərqinə varmadan asılılığın girdabına düşürlər. Təlimlərimin əsas məqsədi bu təhlükəni vaxtında izah etmək, real fəsadları göstərməkdir.2. Dünyada baş verən real faciələrdən dərs almaqABŞ Opioid böhranı: Son 20 ildə təkcə ABŞ-da kimyavi narkotiklərin istifadəsi nəticəsində 2 milyondan çox insan həyatını itirib. Bu yalnız fərdləri deyil, bütöv şəhərləri iqtisadi və sosial böhrana sürükləyib.Kanada Fentanyl fəlakəti: Gənclər arasında “əyləncə” məqsədli qəbul edilən Fentanyl, çox az dozada belə ölümə səbəb olub. 2022-ci ildə Britaniya Kolumbiyasında narkotikdən ölüm halları tarixi rekord vurdu.Rusiya “Krokodil” narkotik maddəsi: Ucuz və asan əldə olunduğu üçün gənclər arasında yayılan bu maddə bir neçə ay ( bəzilərində daha tez ) ərzində insanın orqanizmini məhv edir, dəhşətli bədən yaraları və sürətli ölümə gətirib çıxarır.Avropa Sintetik maddələr: Polşa, Estoniya və Finlandiyada sintetik narkotiklərdən ölüm halları son 10 ildə iki dəfə artıb. Bəzi narkotiklər xüsusilə məktəb və universitet ətrafında satışı geniş yayılıb.3. Təhlükə sərhəd tanımırNarkotik alverçiləri ölkələrin qanunlarını, sərhədlərini tanımır. Sosial şəbəkələr və internet vasitəsilə narkotik maddələr artıq bir klik qədər yaxındır. Yeniyetmələr maraq xatirinə və ya dost təsiri ilə bu cəngəlliyə düşə bilirlər. Təlimlərdə biz onlara real həyat nümunələri, narkotikdən xilas ola bilməyən insanların hekayələri və hüquqi məsuliyyət barədə ətraflı məlumat veririk.4. Gənclərə ümid, alternativ və seçim imkanı təqdim etməkAntinarkotik təlimlər yalnız qorxutmaq məqsədi daşımır. Biz gənclərə sağlam həyat tərzinin üstünlüklərini, idmanın, yaradıcılığın və bilik qazanmağın gətirdiyi uğurları göstəririk. Onlar anlamalıdırlar ki, həyatın gözəlliyi qısa “hiss”də deyil, uzunmüddətli xoşbəxtlikdədir.5. Təlimlərin nəticələriTəcrübə göstərir ki, davamlı maarifləndirmə tədbirləri keçirilən məktəblərdə narkotiklə bağlı insidentlərin sayı kəskin azalır. Bu, həm hüquq-mühafizə orqanlarının statistikasında, həm də valideynlərin rəyində öz təsdiqini tapır.Tez-tez keçirilən antinarkotik təlimlər gənclərin həyatını xilas edir. Dünyada baş vermiş fəlakətlər göstərir ki, susmaq, gözləmək və gizlətmək faciəyə gətirib çıxarır. Maarifləndirmə isə qoruyucu qalxandır gənclərin gələcəyini narkotik zəncirindən qurtarmağın ən təsirli yoludur.Regional Sosial Təşəbbüslərə Dəstək İctimai Birliyi nin sədri ekspert Emil Maqalov

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
10
1
newscenter.az

2Источники