1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
ABŞ-nin "Boeing" şirkəti yeni altıncı nəsil F-47 qırıcı təyyarəsinin ilk prototipinin istehsalına başlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə "The War Zone" məlumat yayıb.
Məlumata görə, qırıcının ilk sınaq uçuşu 2028-ci ilə planlaşdırılıb.
ABŞ Hərbi Hava Qüvvələrinin Baş Qərargah rəisi, general Devid Alvin proqramın sürətləndirilmiş templə irəlilədiyini bildirib.
ABŞ Hərbi Hava Qüvvələri bu təyyarələrdən ən azı 185-ni əldə etməyi planlaşdırır. Hər təyyarənin təxmini dəyəri 300 milyon dollardan çoxdur.