RU

Prezident İlham Əliyev Nyu-Yorkda “Neuberger Berman” şirkətinin sədri və baş icraçı direktoru ilə görüşüb (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın22-də Nyu-Yorkda “Neuberger Berman” şirkətinin sədri və baş icraçıdirektoru Corc Volker ilə görüşüb.

Trend xəbər verirki, görüşdə Azərbaycan ilə “Neuberger Berman” şirkəti arasındaəməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri ətrafındafikir mübadiləsi aparılıb.

Prezident İlham Əliyev ölkəmizin beynəlxalq maliyyə qurumları vənüfuzlu investisiya şirkətləri ilə əməkdaşlığın genişləndirilməsinəönəm verdiyini vurğulayaraq, bu xüsusda “Neuberger Berman” şirkətiilə tərəfdaşlığın bundan sonra da uğurla davam edəcəyinə inamınıifadə edib.

Söhbət zamanı Azərbaycan Respublikası Dövlət Neft Fondunun2016-cı ildən etibarən bu şirkətlə səmərəli tərəfdaşlığınınölkəmizin maliyyə sektorunun inkişafına və beynəlxalq investisiyaimkanlarının genişlənməsinə töhfə verdiyi vurğulanıb.

Corc Volker rəhbərlik etdiyi şirkətin qlobal maliyyə vəinvestisiya fəaliyyəti barədə məlumat verərək, Azərbaycanlaəməkdaşlıqdan məmnunluğunu ifadə edib. O, regionda baş verəniqtisadi proseslərin şirkət üçün əhəmiyyətini vurğulayıb, yenilayihələr çərçivəsində tərəfdaşlığın genişləndirilməsi üçün mövcudimkanların dəyərləndirildiyini bildirib.

Qeyd edək ki, 1939-cu ildə Nyu-Yorkda təsis olunmuş “NeubergerBerman” qlobal investisiya idarəetmə şirkətidir. Hazırda şirkətbeynəlxalq institutlar, məsləhətçilər və fərdi investorlar üçünyarım trilyondan çox ABŞ dolları məbləğində aktivləri idarəedir.

Prezident
Prezident
Prezident
Избранный
133
47
az.trend.az

10Источники