Bakı. Trend:
Sentyabrın 22-də Azərbaycan Respublikasının Prezidenti İlhamƏliyev Nyu-Yorkda dünyanın alternativ investisiyalar sahəsində ənböyük idarəedici şirkətlərindən biri olan “Brookfield AssetManagement” şirkətinin baş icraçı direktoru Brüs Flətt iləgörüşüb.
Trend xəbər verirki, Brüs Flətt 2023-cü ildə ölkəmizə səfəri zamanı Azərbaycandamüşahidə etdiyi iqtisadi tərəqqi və inkişaf proseslərinin ondadərin təəssürat hissi yaratdığını bildirib.
O, rəhbərlik etdiyi şirkətin Azərbaycan Respublikası Dövlət NeftFondu ilə uğurlu əməkdaşlığının getdikcə genişləndiyinivurğulayıb.
Brüs Flətt Vaşinqtonda Azərbaycan ilə Ermənistan arasındamünasibətlərin normallaşdırılması ilə bağlı əldə edilmişnəticələrlə bağlı təbriklərini çatdırıb və bunun bölgədə iqtisadiəməkdaşlığın dərinləşdirilməsi üçün də yaxşı imkan yaratdığınıdeyib.
Ölkəmizlə “Brookfield Asset Management” şirkəti ilə arasındaqurulmuş əlaqələrin uğurlu inkişafından məmnunluğunu bildirənPrezident İlham Əliyev bunun əməkdaşlığımızın uzunmüddətli stratejiinkişafı üçün geniş imkanlar yaratdığını vurğulayıb.
Söhbət zamanı Azərbaycanın bərpaolunan enerji sahəsindəkiimkanları və ölkəmizin regional enerji mərkəzinə çevrilməsiperspektivləri barədə fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, 1899-cu ildə əsası qoyulan və baş ofisi Kanadadayerləşən “Brookfield Asset Management” qlobal miqyasda alternativinvestisiyaların idarə edilməsi sahəsində aparıcı şirkətlərdənbiridir. Şirkət infrastruktur, daşınmaz əmlak, bərpaolunan enerji,özəl kapital və kredit kimi əsas istiqamətlər üzrə investisiyaportfellərini idarə edir. Hazırda “Brookfield”in idarəçiliyindəolan aktivlərin ümumi dəyəri 1 trilyon ABŞ dollarından çoxdur.Şirkət Nyu-York, London, Sidney, Dubay, San Paulo, Mumbay və Şanxayda daxil olmaqla dünyanın əsas maliyyə mərkəzlərində təmsilolunub.