RU

Bakıda pişiklərə işgəncə verərək öldürən manyak PEYDA OLUB GÖRÜNTÜLƏR

Baku.ws saytından verilən məlumata görə, ain.az xəbər verir.

Bakının Binəqədi rayonu ərazisində pişiklərə zülm verərək onları öldürən manyak peyda olub.

Bu barədə BAKU.WS-in "qaynar xətti"nə yerli sakinlər məlumat verib.

Mir Cəlal küçəsinin sakinləri bildirib ki, 9-cu mikrorayon ərazisində peydə olan manyak heyvanları qəddarlıqla qətlə yetirir.

"Bir gün əvvəl pişiyi öldürərək "Üzeyir" şadlıq evinin arxa tərəfində olan əraziyə atıb. Həmin manyak heyvanların dərisini soyaraq onları öldürməkdən zövq alır. Hətta qurbanlarının yanında müəyyən işarələr çəkərək növbəti pişikləri öldürəcəyini işarələr qoyur",-deyə sakinlərdən biri qeyd edib.

Sakinlər bu şəxsin heyvanlardan sonra uşaqlara, hətta böyüklərə də hücum çəkəcəyindən qorxur və onun saxlanmasını istəyiblər.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
51
1
baku.ws

2Источники