RU

Abşeronda narkomaniyaya qarşı maarifləndirici seminar treninqlər başladı FOTOLAR

Cebheinfo portalından alınan məlumata görə, ain.az xəbər verir.

İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə icra etdiyi “Narkotik istifadəsinə qarşı seminar-treninqlərin təşkili” layihəsi çərçivəsində ilk tədbirini keçirib.

"Cebheinfo.az" QHT.az-a istinadən xəbər verir ki, layihənin icra müddəti 4 ayı (01 iyun – 30 sentyabr 2025) əhatə edir. Tədbirlər Bakı şəhərində və Abşeron rayonunun Mehdiabad, Saray və Xırdalan qəsəbələrində, həmçinin Yasamal, Nəsimi, Səbael, Nərimanov və Binəqədi rayonlarında reallaşdırılacaq. Layihənin əsas məqsədi gənclər və yeniyetmələrin maarifləndirilməsi yolu ilə narkomaniyaya qarşı mübarizədə fəallığa təşviq etməkdir.

İlk tədbir 20 sentyabr 2025-ci il tarixində Abşeron rayonunun Mehdiabad qəsəbəsində yerləşən “Yeni Başlanğıc” Reabilitasiya Mərkəzində baş tutub. Tədbirdə 28 nəfər iştirak edib.

Seminarı Ədalət Hüquq və Demokratiya Partiyasının sədr müavini Niyaməddin Orduxanlı açaraq iştirakçıları salamlayıb, dövlətin və QHT-lərin narkomaniya ilə mübarizədə səylərini diqqətə çatdırıb. Ardınca söz İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi İctimai Birliyinin sədri, layihə rəhbəri Səltənət Qocamanlıya verilib. O, çıxışında bir ana kimi öz tövsiyələrini bölüşüb, iştirakçılara sağlam gələcək arzularını çatdırıb.

Daha sonra layihənin təlimçisi, həkim-narkoloq, doktorant Ayxan Bağırov mövzu üzrə təqdimatla çıxış edib. Təlimdə aşağıdakı istiqamətlər əhatə olunub:

Narkomaniya ilə bağlı əsas anlayışların izahı

İnsanların narkotik asılılığına necə düşməsi

Asılılığın yaranma səbəbləri

Narkotiklərin törətdiyi fəsadlar

İynədən yoluxa bilinəcək xəstəliklər

Narkomaniyaya qarşı mübarizə yolları

Müalicə qaydaları və prosesin xüsusiyyətləri

Təqdimatdan sonra iştirakçılar 4 qrupa bölünərək verilən suallar üzərində işləyiblər və hər qrupdan bir nəfər təqdimatla çıxış edib.

Seminarın sonunda iştirakçılar üçün çay və şirniyyat süfrəsi təşkil olunub. Tədbir foto və video çəkilişlə də müşayiət olunub.

"Cebheinfo.az" 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
14
4
cebheinfo.az

5Источники