"Barselona"nın oyunçusu Lamin Yamal "Qızıl top" mərasimindən sonra ziyafət təşkil etməyi planlaşdırıb.
İdman.biz-in "AS"a istinadən verdiyi məlumata görə, tədbir mükafatların nəticəsindən asılı olmayaraq təşkil ediləcək.
Nəşrin məlumatına əsasən, "Barsa"nın vingerini di-jey də daxil olmaqla 25 nəfərlik qrup müşayiət edir. İspan futbolçu "Frans Futbol"un mükafatına əsas namizədlər sırasındadır. O, həm də 21 yaşadək ən yaxşı gənc futbolçuya verilən "Raymond Kopa" müskafatını qazanmağa namizəddir.
Bu yay Yamal 18 yaşı tamam olması münasibətilə şənliyinə qonaqları əyləndirmək üçün liliputları çağırmaqda günahlandırılıb.
İdman.biz