RU

Qazaxıstanı yüksək sürətli və ucuz internetlə təmin ediləcək



Qazaxıstan prezidenti Qasım-Jomart Tokayev və Amazon şirkətinin vitse-prezidenti, şirkətin qlobal və hüquqi məsələlər üzrə baş direktoru David Zapolski arasında görüş keçirilib.

Newscenter.az Akorda-ya istinadən bildirir ki, görüşdə tərəflər rəqəmsallaşma, rabitə və süni intellekt sahələrində əməkdaşlığın perspektivlərini müzakirə ediblər.

Prezident Amazon-un ölkənin Süni İntellekt və Rəqəmsal İnkişaf Nazirliyi, eləcə də Qazaxtelecom ilə birgə layihələr həyata keçirmək planını dəstəklədiyini bildirib.

Qeyd edək ki, Tokayevin Nyu-Yorka səfəri zamanı “Kazaktelecom” və “Amazon Kuiper” arasında “Kuiper” peyk şəbəkəsinə çıxışın təmin edilməsi üçün distribyutor müqaviləsi imzalanıb.

Buna uyğun olaraq Amazon Kuiper öz yerüstü infrastrukturunu Almatı, Akkol və Aktau şəhərlərində yaratmaq niyyətindədir. Bu layihəyə 200 milyon dollara yaxın sərmayə qoyulması planlaşdırılır.

“Amazon”un baş vitse-prezidenti David Zapolskinin sözlərinə görə, onlar Qazaxıstanı yüksək sürətli və ucuz internetlə təmin edəcəklər.

Mehman Mehdiyev
Избранный
4
1
newscenter.az

2Источники