RU

Həll yolu tapıldı: Sahibsiz heyvanların aqibəti necə olacaq?

"Xətai" metro stansiyası yaxınlığında yerləşən yaşayış binalarının həyətində sahibsiz itlərin toplaşdığı ilə bağlı görüntülər yayılıb.

Çox vaxt sürü halında hərəkət edən sahibsiz küçə heyvanları sakinlərin, xüsusilə azyaşlıların ciddi narahatlığına səbəb olur.

Bəs onlarla bağlı hər hansı tədbir görülürmü?

Məsələ ilə bağlı Xətai Rayon İcra Hakimiyyətindən bildirilib ki, artıq Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində sahibsiz heyvanlar üçün sığınacaq yaradılıb, vətəndaşlar buraya mürəciət edə bilərlər.

Bu hal təkcə Xətai rayonu ərazisində deyil, paytaxtın və digər şəhərlərin sıx məskunlaşmış bir çox yerlərində müşahidə olunur.

"Küçəyə çıxa bilmirik. Uşaqlar həyətdə oynaya bilmirlər. Qorxudan heç biri bayıra çıxmır", - şikayətçi narazılığını bildirib.

Sahibsiz heyvanların taleyinə biganə qala bilməyən bəzi heyvansevərlər kiçik sığınacaqlar yaradaraq onların bir neçəsinə qucaq açsalar da, fiziki və maddi cəhətdən çətinliklərlə üzləşirlər.

"Sığınacağı bacımla birlikdə idarə edirik. 400-ə yaxın itə baxırıq. Yemlə bağlı çox böyük çətinliklərimiz var. Gün ərzində demək olar ki, bir tona yaxın yem lazım olur. Heyvansevərlər ianə edərək dəstək olurlar. Amma bu bir yerə qədərdir. Bizə 200 heyvana görə dəstək olunduğu halda, əlavə 200 itə necə baxa bilərəm?!", - deyə heyvansevər Nizami Ramazanov söyləyib.

Daha ətraflı Baku TV-nin süjetində:

Избранный
4
2
far.az

3Источники