RU

Siyarto: Ukrayna müharibəsinin sonu Rusiya-NATO eskalasiyasını sıfıra endirə bilər

Ukraynada münaqişənin başa çatması Rusiya ilə NATO arasında eskalasiya riskini sıfıra endirə bilər.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto TASS-a müsahibəsində bildirib.

“Əgər sülh olsa, əgər bu müharibə [Ukraynada] başa çatsa, o zaman biz [Rusiya və NATO arasında] eskalasiya riskini sıfıra endirə bilərik”, – deyə o qeyd edib.

Siyyarto vurğulayıb ki, xüsusi hərbi əməliyyatın başlanmasından – üç il yarım əvvəl – hadisələrin inkişafının ən pis variantının Rusiya ilə NATO arasında birbaşa qarşıdurma olduğu aydın idi. Onun sözlərinə görə, bu, çox ciddi müharibə riskinə bərabərdir. Nazir hesab edir ki, bu riski yalnız Ukraynadakı münaqişəyə son qoymaqla aradan qaldırmaq mümkündür.

Избранный
26
nocomment.az

1Источники