RU

Hərbi biletə görə 22 min manat pul verdim - Şahid

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər rayon idarəsinin sabiq rəisi, polkovnik-leytenant Ramin Şükürov, həmin idarənin Çağırış şöbəsinin baş zabiti, kapitan Xalid Əzimov və zabiti, baş leytenant Emil Nəbiyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Bakı Hərbi Məhkəməsində keçirilən prosesdə şahidlər ifadə verib.

Şahid qismində ifadə verən Əhməd Əhmədov bildirib ki, magistr təhsili alırmış və onun möhləti noyabr ayında bitirdi.

"Lakin mənə Xəzər Rayon Hərbi Komissarlığından zəng gəldi ki, hərbi xidmətə getməlisən. Təhsil sənədimlə ora getdim. Sənədin keçərli olmadığını bildirdilər. Tibbi müayinə üçün Sabunçu xəstəxanasına və Qobuya getdim. Məsələni tanışım Abdulla Ələsgərova bildirdim. Abdulla mənə komissarla danışaraq məsələni yoluna qoyacağını dedi. Onunla birlikdə yenidən komissarlığa getdim. Ramin Şükürovla görüşdüm. Səhhətimdə problemin olduğunu dedim. Yenidən müayinədən keçmək üçün Sabunçuya və Qobuya getdim. İyun ayında mənə hərbi bilet verildi. Bileti aldıqdan sonra Abdullaya 22 min manat pul verdim".

Şahid Araz Məmmədov məhkəmədə ifadə verib. O, kafe işlətdiyini və ofisaintının yaxının hərbi xidmətlə bağlı problemi olduğunu ona dediyini bildirib.

"Bizim Yasamal rayon Hərbi Komissarlığının əməkdaşı olan Bəhram Cəlilov adıbda daimo müştərimiz var idi. Mən də ofisaintın problemini ona dedim. Bəhram mənə Xəzər Rayon Hərbi Komissarlığı ilə danışıb nəsə deyə biləcəyini dedi. Bir müddət sonra bu işin 8 minə həll olunacağını bildirdi. Biz 6 min manata razılaşdıq. Mən ona pulu kafedə verdim."

Proses oktyabrın 1-i davam etdiriləcək.

Qeyd edək ki, təqsirləndirilən Ramin Şükürova Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2, 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən külli miqdarda rüşvət alma) və 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (nüfuz alveri), Emil Nəbiyevə həmin Məcəllənin 311.3.1 və 311.3.3, Xalid Əzimova isə həmin Məcəllənin 311.3.1 və 311.3.2-ci maddələri ittiham irəli sürülüb.

Təqsirləndirilən Ramin Şükürov ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs, Emil Nəbiyevə və Xalid Əzimova isə ev dustaqlığı qətimkan tədbiri seçilib. Daha sonra Ramin Şükürov məhkəmənin qərarı ilə ev dusdalığına buraxılıb

Həmçinin hər üç şəxs barəsində vəzifədən kənarlaşdırma növündə əlavə qətimkan tədbiri seçilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
4
7
olaylar.az

8Источники