RU

"Dərnəgül" bazarı söküləcək?VİDEO

Bakının ən iri tikinti materialları bazarı hesab edilən "Dərnəgül" bazarının söküləcəyi deyilir. Hətta bununla bağlı sahibkarlara rəsmi xəbərdarlıq edildiyi də iddia edilirdi. Təfərrüatlara aydınlıq gətirmək üçün üz tutduq "Dərnəgül" bazarına.

Xezerxeber.az-ın məlumatına görə, sahibkarlar deyirlər ki, bu günə qədər onlara heç bir rəsmi sənəd təqdim olunmayıb. Sadəcə, tanımadıqları bir nəfər onlara heç bir hüquqi əsası olmayan, möhürsüz kağız təqdim edib. Ərazidə yenidənqurma işlərinin aparılacağı bildirilir və bu məqsədlə sahibkarlara mağazalarını müvafiq yerlərə köçürmək tövsiyə edilir.

Satıcılar bildirirlər ki, belə qeyri-müəyyən məlumatlara görə mağazalarını boşaltmaq niyyətində deyillər. Bildirirlər ki, konkret qərar və imzalı sənəd olmadan heç kim köçməyə razı olmayacaq.

İddialara aydınlıq gətirmək üçün bazar rəhbərliyi ilə əlaqə saxlamaq istəsək də, alınmadı. Hazırda bazarın gələcək taleyi açıq qalan suallardan biridir və sahibkarlar özləri də rəsmi cavab gözləyirlər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

 

Избранный
10
xezerxeber.az

1Источники