RU

Almaniya: Rusiya təyyarələrinin vurulması yalnız son çarə olmalıdır

Almaniya Bundestaqının müdafiə məsələləri üzrə komitəsinin sədri Mari-Agnes Ştrak-Çimmermann bildirib ki, Rusiya qırıcılarının Qərb ölkələrinin hava məkanını pozması halında onların vurulması yalnız ən son tədbir kimi nəzərdən keçirilə bilər.

“Onları vurmaq yalnız son çarə ola bilər.

Editor.az xəbər verir ki, bizim Hərbi Hava Qüvvələri nə vaxt və hansı addımı atacağını yaxşı bilir”, — deyə o, Tagesspiegel nəşrinə açıqlamasında qeyd edib.

Ştrak-Çimmermann vurğulayıb ki, Almaniya Hərbi Hava Qüvvələrinin əsas vəzifəsi ölkə ərazisinə daxil olan qırıcıları məhv etmək deyil.

//Samir Qurbanov, Editor.az

Избранный
24
editor.az

1Источники