RU

Maaşlardan əlavə pul tutula bilər Yanvarın 1 dən

Baku.ws saytından alınan məlumata görə, ain.az bildirir.

"Söhbət özəl sektorda, yəni qeyri-dövlət və qeyri-neft sektorunda çalışan vətəndaşlarımızın əmək haqlarına tətbiq edilən və ya tutulan vergidən gedir. Dövlət sektorunda, eləcə də neft sektorunda çalışan vətəndaşlarımızın əmək haqlarından, 14 və 25 faiz vergilər tutulur. Bu vətəndaşlarımız üçün gəlir vergisi ilə bağlı güzəştlər yox idi. Amma son 7 ildə özəl sektorda çalışan, qeyri-neft sektorunda işləyən və əmək müqaviləsi olan vətəndaşlarımıza 7 il müddətində güzəşt tətbiq olunmuşdu".

Bu sözləri BAKU.WS-ə açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Vüqar Bayramov bildirib.

Deputat əlavə edib ki, 2026-cı ilin yanvarın birində həmin güzəşt müddəti başa çatır:

"Təbii ki, bu güzəştin pozitiv tərəfləri oldu. Çünki həm məşğulluğun rəsmiləşməsini müşahidə etdik. Həm də əmək müqavilələrinin sayında ciddi artımlar müşahidə olundu. Nəticədə əmək haqqı artımlarına təsir göstərdi.

Son aylar özəl sektorda əmək müqavilələrinin sayı dövlət sektoru ilə müqayisədə daha çoxdur. Uzun müddət Azərbaycanda dövlət sektorunda çalışanların əmək haqqı müqavilələri özəl sektorla müqayisədə daha çox olub. Amma hazırda özəl sektorda daha çox əmək haqqı müqavilələri var. Bu da təbii, həmin güzəştlə bağlı idi.

Yanvarın 1-də bu müddət başa çatır. Güzəştin uzadılıb-uzadılmayacağı böyük maraq doğurur. Təbii ki, yeddi il uzun müddət idi və özəl sektor da u güzəştlərdən istifadə etdi. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında da bununla bağlı təkliflər təqdim olunub".

Millət vəkilinin sözlərinə görə, 14-25 faizlik vergi güzəştinin ləğvinin tərəfdarı deyil:

"Nəzərə almaq lazımdır ki, əmək haqqından sosial sosial ödənişlər də var. Yəni 25 faiz kiayət qədər ciddi bir rəqəmdir. Yenidən onun üzərinə 14 və 25 faiz əlavə olunması ciddi narahatlıq yadaracaq. Bu vergilərin bir qismi əmək haqqı fondundan, bir qismi də əmək haqqının özündən ödənilir

Təklifimiz ondan ibarətdir ki, güzəşt müddətinin uzadılması daha məqsədəuyğun olardı. Çünki indiki dövrdə məşğulluğun daha da rəsmiləşdirilməsi iqtisadiyyatın daha da ağardılması prioritetdir.

Əgər vergi müddəti uzadılmasa, daha aşağı faizlər tətbiq olunsun, bir də mərhələli şəkildə artımlarla gedilsin. Məsələn, əgər yeddi faizlik və ya səkkiz faizlik bir hədəf varsa, o zaman 2026-cı ildə iki faiz müəyyənləşə bilər. 2027-ci ildə üç faiz vergi, 2028-ci ildə dörd faiz ola bilər. İki faizlik vergi sahibkarın xərclərində ciddi artıma gətirib çıxarmayacaq".

Orxan Hüseyn

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
9
2
baku.ws

3Источники