RU

Komitə sədri: Keçmiş məcburi köçkünlər 28 yaşayış məntəqəsinə qayıdıb

ain.az bildirir, Gununsesi saytına əsaslanaraq.

“İndiyədək keçmiş məcburi köçkünlər 6 şəhər daxil olmaqla, region üzrə 28 yaşayış məntəqəsinə qayıdıb”.

Gununsesi.info xəbər verir ki, bunu I Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev deyib.

O bildirib ki, artıq 50 mindən çox insan post-münaqişə azad olunmuş ərazilərdə yaşayır, işləyir və təhsil alır: “Son 4 ildə biz əhəmiyyətli nailiyyətlər qazanmışıq. 3 yeni beynəlxalq hava limanı, yeni dəmir yolu infrastrukturu, mənzil, səhiyyə müəssisələri və təhsil ocaqlarının inşası tamamlanıb. Azad edilmiş ərazilər zəngin bərpa olunan enerji potensialına malikdir və rəsmi olaraq “yaşıl enerji zonası” elan olunub. 4 ildən az müddətdə istifadəyə verilmiş 38 su elektrik stansiyası 620 min ton karbon emissiyasının azalmasına səbəb olub. Günəş və külək enerjisi layihələri inkişaf etdirilir”, – Anar Quliyev əlavə edib.

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
6
6
icma.az

7Источники