RU

Azad edilmiş ərazilərdə 12 şəhərin baş planı hazırlanıb, 50 minə yaxın sakin fəaliyyət göstərir

Bakı. Trend:

Bu gün Azərbaycan Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslıbərpa işləri həyata keçirir. Həmin ərazilərdə 12 şəhərin baş planıhazırlanıb, onlardan 8-i artıq müasir şəhərsalma və ekolojiprinsiplərlə tamamlanıb, 90 kənd və qəsəbə planlaşdırılıb.

Trend xəbərverir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədriAnar Quliyev Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiyaForumunda bildirib.

Onun sözlərinə görə, indiyədək 28 yaşayış məntəqəsinə, ocümlədən 6 şəhərə keçmiş məcburi köçkünlər geri qayıdıb. Hazırdaazad edilmiş ərazilərdə 50 mindən çox insan yaşayır, işləyir vətəhsil alır:

"Son 4 ildə üç beynəlxalq hava limanı, 4 min kilometr yol vəavtomagistral, yeni dəmir yolu infrastrukturu, yaşayış binaları,səhiyyə müəssisələri və təhsil ocaqları inşa olunub.

Azad edilmiş ərazilərin böyük bərpa olunan enerji potensialı varvə bu ərazilər rəsmi olaraq “Yaşıl Enerji Zonası” elan edilib. Sondörd il ərzində 38 su elektrik stansiyası istismara verilib,nəticədə 620 min ton karbon emissiyasının qarşısı alınıb; günəş vəkülək enerjisi layihələri də inkişaf etdirilir.

Bu yalnız bərpa deyil, müasir şəhərsalma və ekoloji prinsiplərləbütün regionların yenidən təsəvvür olunması, çoxsaylı sahələrdəözəl investisiyalar üçün yeni imkanların yaradılmasıdır".

"Şübhəsiz ki, bu transformasiyaların heç biri özəl sektorunetibarlı, vizioner və bacarıqlı tərəfdaşları olmadan uğurla həyatakeçirilə bilməz. Biz dövlət-özəl tərəfdaşlığının yüksək keyfiyyətlivə dayanıqlı şəhər inkişafının açarı olduğuna qəti inanırıq", -sədr əlavə edib.

Избранный
5
2
az.trend.az

3Источники