RU

BMT-nin yeni baş katibi ilk dəfə qadın ola bilər

BMT-nin növbəti baş katibi ilk dəfə qadın ola bilər.

"Cebheinfo.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi yazıb.

Bildirilib ki, həmin posta mümkün namizədlər arasında əsas olaraq Yeni Zelandiyanın keçmiş Baş naziri Casinda Ardern var. 

Agentlik həmçinin bu posta digər namizədlər arasında Barbadosun Baş naziri Mia Mottli, BMT-nin insan hüquqları üzrə keçmiş komissarı Mişel Baçelet və BMT-nin hazırkı baş katibi Antonio Quterreşin müavini Amina Məhəmmədin də olduğunu əlavə edib. 

Materialda vurğulanıb ki, bundan əvvəl BMT-yə rəhbərlik etmiş 9 nəfərin hər biri kişi olub.

Xatırladaq ki, A.Quterreş 2017-ci ildən BMT-nin Baş katibidir. Təşkilata yeni rəhbərin 2026-cı ildə seçilməsi planlaşdırılır. 

"Cebheinfo.az"

Избранный
10
4
cebheinfo.az

5Источники