RU

Federasiya Kuboku yarışının 2 ci mərhələsi keçirilib FOTO

Idman.biz saytından verilən məlumata görə, ain.az xəbər verir.

Azərbaycan Velosiped İdmanı Federasiyasının 2025-ci il üçün təsdiq edilmiş təqvim planına əsasən, MTB-nin Enduro növü üzrə Federasiya Kuboku yarışının 2-ci mərhələsi keçirilib.

İdman.biz bildirir ki, Dağ Velosipedi Parkında təşkil olunan yarışda 30-dan artıq idmançı mübarizə aparıb.

2008-ci il və daha yuxarı təvəllüdlü həvəskar idmançılar arasında Emin Süleymanov fəxri kürsünün 1-ci pilləsinə qalxıb. Əli Hacıyev 2-ci, Pərviz İlyasov isə 3-cü yeri tutub.

2009-cu il təvəllüdlü və daha gənc idmançılar arasında Respublika Olimpiya Velosiped Məktəbinin təmsilçiləri Aydın Məmmədov, Tahir Quluzadə və Toğrul Məmmədli müvafiq olaraq ilk 3 pillədə qərarlaşıblar.

Fərqlənən idmançılar Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən medal və diplom, həmçinin “2 Təkər” mağazası tərəfindən hədiyyələrlə təltif ediliblər.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
7
4
icma.az

8Источники