RU

Ərdoğan Fələstini tanıyan dövlətlə mesaj verdi

BAKI, 22 sentyabr. TELEQRAF

"Fələstinin digər ölkələr tərəfindən tanınması regionda işğal, blokada və zülmə qarşı ən tutarlı cavabdır".

Teleqraf xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın "Newsweek" jurnalında dərc olunmuş məqaləsində yazıb.

"Ədalətli və davamlı dünya nizamı yalnız 1967-ci il sərhədləri daxilində, ərazi bütövlüyünü qoruyan və paytaxtı Şərqi Qüds olan suveren Fələstin dövlətinin yaradılması ilə mümkündür. Bu, Yaxın Şərqdə sabitlik və sülh üçün zəruridir",- deyə Ərdoğan vurğulayıb.

O, Fələstini tanıyan dövlətləri təbrik edib və onların konkret addımlar atacağına ümid etdiyini bildirib: "Fələstinin tanınması, həqiqətən də, işğala, blokadaya və zülmə qarşı ən güclü cavabdır. Yeni dəstək verən ölkələri təbrik edirik və onların verdikləri vədləri yerinə yetirəcəklərinə inanırıq".

Türkiyə prezidenti həmçinin İsrailin Qəzza zolağındakı fəaliyyətlərini "bəşəriyyətin vicdanı üçün ən ağır sınaqlardan biri" adlandırıb.

Избранный
18
3
teleqraf.com

4Источники