RU

Karapetyan Petrosyan haqda: Ona qarşı olanları “tatar-monqol” adlandıran biri...

 

Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın sülh gətirəcəyinə həmişə şübhə etmişəm”.

 

Sitat.info Teleqraf-a istinadla xəbər verir ki, bunu Ermənistan parlamentinin deputatı Mariya Karapetyan deyib.

 

“Levon Ter-Petrosyanın səhifəsində bəzi cəfəngiyyatlar dərc olunub. Bununla belə, 2017-ci ildə sülh gündəliyinə səs verdiyim üçün peşman deyiləm.

 

Həmişə şübhə edirdim: Kilikiya haqqında xəyallarla yaşayan və ona qarşı olanları “tatar-monqol” adlandıran siyasi düşüncə bizə çətin ki, sülh gətirsin, amma sülhü dəstəkləmək lazım olan konkret gün var idi, o da həmin gün bunu etmədi”, - deputat bildirib.

 

Xatırladaq ki, Levon Ter-Petrosyan bundan öncə Baş nazir Nikol Paşinyanın Ermənistanı müstəqil görmək istəmədiyini iddia edib: “Müstəqilliyin ildönümü Paşinyanın bayramı deyil. Çünki o, həmin müstəqilliyə nifrət edir, çünki onu o yox, başqaları gətirib”.

 

Ermənistanın keçmiş prezidenti paylaşımında açıq şəkildə Cənubi Qafqazda sülhə qarşı çıxaraq, bunun ölkəsinin əleyhinə olduğunu qeyd edib.

 

Kilikiyaya gəlincə, bu, ermənilərin uydurduğu “tarixi dövlət”dir.

 

Избранный
6
3
sitat.info

4Источники