RU

Bu dəmir yolu xətti üzrə rekord sayda sərnişin daşındı - ADY

Abşeron dairəvi dəmir yolu xətti üzrə yeni qrafikin tətbiqi nəticəsində rekord sayda sərnişin daşınıb.

Axar.az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC (ADY) məlumat yayıb.

Məlumata görə, 15-21 sentyabr həftəsində Abşeron dairəvi marşrutu üzrə ümumilikdə 231 655 sərnişin, o cümlədən 16 sentyabrda 42 490 sərnişin səfər edib. Bu, həm həftəlik, həm də günlük rekord göstəricilərdir.

Sumqayıt-Bakı istiqamətində səfər edən sərnişinlərin sayında gündəlik 10%-ə yaxın artım qeydə alınıb.

Bundan başqa, reys sayının artırılması nəticəsində ötən ilin eyni dövrü ilə müqayisədə qatarlardakı sıxlıq 18 % azalıb.

Избранный
11
3
axar.az

10Источники