RU

Putinin Təhlükəsizlik Şurasını niyə topladığı bilindi: Bu müqavilənin uzadılmasını istəyir

Vladimir Putin Rusiya Təhlükəsizlik Şurasının daimi üzvlərini toplayıb.

Olaylar Musavat-a istinadən xəbər verir ki, Putin toplantıda iddia edib ki, strateji sabitlik sahəsində vəziyyət pisləşməkdə davam edir.

Onun məntiqincə, Qərbin "dağıdıcı" addımları nəticəsində nüvə silahına malik dövlətlər arasında dialoqun əsasları əhəmiyyətli dərəcədə sarsılıb.

Vladimir Putin vurğulayıb ki, silahlara nəzarət sahəsində Rusiya-ABŞ münasibətləri sistemi məhv edilib:

"Rusiya və ABŞ arasında nüvə raketləri və strateji müdafiə silahlarına nəzarət üzrə razılaşmalar sistemi demək olar ki, tamamilə ləğv edilib. Yeni Strateji Hücum Silahlarının Azaldılması müqaviləsinin 2026-cı ildə başa çatması raket potensialının birbaşa məhdudlaşdırılmasına dair son razılaşmanın başa çatması deməkdir".

Putinin fikrincə, bu müqavilənin mirasından tamamilə imtina etmək səhv olardı:

"Rusiya 2026-cı il fevralın 5-dən sonra bir il ərzində Strateji Hücum Silahlarının Azaldılması müqaviləsinin məhdudiyyətlərinə əməl etməyə hazırdır".

Onun dediyinə görə, bu müqavilədən tamamilə imtina Nüvə Silahlarının Yayılmaması Müqaviləsinə də mənfi təsir göstərəcək.

Rusiya prezidenti Qərbi təhdid etməyi də unutmayıb:

"Rusiya istənilən strateji təhdidlərə təkcə şifahi deyil, həm də hərbi-texniki tədbirlərlə cavab verməyə hazırdır. Rusiya öz milli çəkindirici qüvvələrinin etibarlılığına əmindir".

Bununla belə, 3 ildir Ukraynada işğalçı müharibə aparan Putin iddia edib ki, Rusiya həmişə siyasi və diplomatik həll yollarına üstünlük verməyi lazım bilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
2
1
olaylar.az

2Источники