RU

ABŞ Hizbullaha müdaxilə etməyəcək

ABŞ-ın Ankaradakı səfiri və Suriya üzrə xüsusi nümayəndəsi Tom Barak İsrailin Livanın cənubundakı beş nöqtəsindən geri çəkilməyəcəyini vurğulayaraq, ölkəsinin Hizbullaha qarşı heç bir hərbi addım atmayacağını bildirib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Barak həmçinin vurğulayıb ki, İsrail Livanın cənubundakı beş nöqtədən geri çəkilməyəcək.

BƏƏ-də yerləşən Sky News Arabia telekanalına danışan Barak Hizbullah və İranı “başları kəsilməli olan ilanlar” adlandırıb.

"Hizbullah bizim düşmənimizdir, İran bizim düşmənimizdir. Biz bu ilanların başını kəsib onların maliyyələşməsinin qarşısını almalıyıq", - Barak deyib.

Livan hökumətinin Hizbullahı tərksilah etmək üçün açıq iradə nümayiş etdirməsi lazım olduğunu müdafiə edən Barak, "Livanın bütün gördüyü işlər danışıqdır, konkret addım atılmayıb" deyib.

Hizbullahın hərbi və iqtisadi cəhətdən gücləndiyini iddia edən Barak, təşkilata hər ay təxminən 60 milyon dollarlıq xarici resursun köçürüldüyünü iddia edib.

Избранный
5
manset.az

1Источники