RU

Mədəniyyət Nazirliyinin “Sənət inciləri” layihəsi üzrə növbəti mühazirə konsert BDU da keçirilib

Azertag saytına istinadən ain.az xəbər verir.

Bakı, 22 sentyabr, AZƏRTAC

Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən Üzeyir Hacıbəyli XVII Beynəlxalq Musiqi Festivalı müxtəlif səpkili tədbirlərlə davam edir.

BDU-dan AZƏRTAC-a bildirilib ki, festival çərçivəsində Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi (MEMİM) tərəfindən təşkil olunan “Sənət inciləri” layihəsi üzrə növbəti mühazirə-konsert sentyabrın 22-də Bakı Dövlət Universitetində (BDU) keçirilib.

Tədbirdə BDU-nun rektoru Elçin Babayev, təhsil ocağının professor-müəllim və tələbə heyəti iştirak edib.

BDU-nun prorektoru filologiya üzrə fəlsəfə doktoru dosent Əliş Ağamirzəyev və MEMİM-in direktor vəzifəsini icra edən, sənətşünaslıq üzrə fəlsəfə doktoru dosent Vüqar Hümbətov bu festivalın ölkəmizin mədəni həyatında əlamətdar hadisəyə çevrildiyini bildiriblər. Qeyd olunub ki, dahi bəstəkar Üzeyir Hacıbəyli bir-birindən qiymətli musiqi və səhnə əsərləri ilə yanaşı, şifahi ənənəli nümunələrin nota köçürülməsi, Azərbaycan peşəkar musiqisinin geniş xalq kütlələri arasında və beynəlxalq arenada təbliğinə, mədəniyyətimizin, mətbuat və publisistikamızın inkişafına da misilsiz töhfələr verib.

Çıxışlardan sonra Azərbaycan Milli Konservatoriyasının kafedra müdiri sənətşünaslıq üzrə fəlsəfə doktoru bəstəkar Pikə Axundovanın “Üzeyir Hacıbəylinin Azərbaycan bəstəkarlıq məktəbinin inkişafında rolu” mövzusunda mühazirəsi dinlənilib.

MEMİM-in əməkdaşı, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızının moderator olduğu tədbirdə Beynəlxalq Muğam Mərkəzinin C.Cahangirov adına Xor kollektivi (bədii rəhbər: Əməkdar müəllim Təranə Yusifova), Bakı Xoreoqrafiya Akademiyasının rəqs qrupu (bədii rəhbər: Xalq artisti Yusif Qasımov), Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası, Azərbaycan Milli Konservatoriyası və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti tələbələrinin iştirakı ilə maraqlı bədii proqram təqdim olunub. Gənclərin ifasında Üzeyir Hacıbəyli və Müslüm Maqomayevin (1885-1937) bir-birindən dəyərli musiqi əsərləri və rəqs kompozisiyaları tamaşaçıların könlünü oxşayıb, alqışlarla qarşılanıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
15
azertag.az

1Источники