RU

Armen Qriqoryan Burcu Sanla görüşdü

Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan NATO baş katibinin əməliyyatlar üzrə köməkçisinin müavini Burcu Sanı qəbul edib.

Olaylar xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Şurasının İdarəsi məlumat yayıb.

Təhlükəsizlik Şurasının baş katibi Ermənistanın nəticəyönümlü ikitərəfli əməkdaşlığı dərinləşdirməyə hazır olduğunu vurğulayıb.

Burcu San da Ermənistanın NATO-nun Kosovodakı sülhməramlı missiyasında iştirakının artmasına görə minnətdarlığını bildirib.

Həmsöhbətlər həmçinin regional və qeyri-regional təhlükəsizlik vəziyyəti ilə bağlı məsələləri müzakirə ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
4
4
olaylar.az

5Источники