Bakı.Trend:
Sumqayıt-Bakı istiqamətində səfər edən sərnişinlərin sayındagündəlik 10%-ə yaxın artım qeydə alınıb.
Trend xəbərverir ki, bu barədə ADY məlumat yayıb.
Bildirilib ki, Abşeron dairəvi dəmir yolu xətti üzrə yeniqrafikin tətbiqi nəticəsində rekord sayda sərnişin daşınıb.
"15-21 sentyabr həftəsində Abşeron dairəvi marşrutu üzrəümumilikdə 231 655 sərnişin, o cümlədən 16 sentyabrda 42 490sərnişin səfər edib. Bu, həm həftəlik, həm də günlük rekordgöstəricilərdir.
Bundan başqa, reys sayının artırılması nəticəsində ötən ilineyni dövrü ilə müqayisədə qatarlardakı sıxlıq 18 faizazalıb",-məlumatda qeyd olunub.