RU

Putindən ABŞ-a START müqaviləsinə dair TƏKLİF

“ABŞ eyni şeyi edərsə, Rusiya Strateji Silahların Azaldılması Müqaviləsinə (START) könüllü riayətə davam etməyə hazırdır”.

Busaat.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə görüşü zamanı deyib.

“Rusiya 5 fevral 2026-cı il tarixindən sonra bir il ərzində Yeni START Müqaviləsi çərçivəsində mərkəzi kəmiyyət məhdudiyyətlərinə əməl etməyə davam etməyə hazırdır. Biz inanırıq ki, bu tədbir yalnız Birləşmiş Ştatlar oxşar şəkildə hərəkət edərsə və ölkələrin çəkindirmə potensialının mövcud balansına xələl gətirə və ya poza biləcək addımlar atmazsa, məqsədəuyğun olacaq”, – deyə Putin vurğulayıb.

Eyni zamanda, Putin qeyd edib ki, Rusiya tərəfi vəziyyətin əlavə təhlilini aparmaq niyyətindədir və bunun əsasında Moskva Yeni START çərçivəsində sonradan könüllü özünüməhdudiyyətlərin saxlanmasına dair qərar qəbul edəcək.

Yeganə

 

Избранный
2
1
busaat.az

2Источники