“Birinci prezidentin son zəhərli çıxışı ilə bağlı yalnız bir şeyi demək olar: o, sülhə nifrət edir. Çünki onu özü deyil, Paşinyan gətirib”.
“Cebheinfo.az”-ın məlumatına görə, bunu hakim “Vətəndaş Müqaviləsi” Partiyasının deputatı Arusyak Culhakyan özünün “Facebook” səhifəsində yazıb.
“Qalanları birinci prezidentə xas olandır. Bundan artıq heç nə deyil”, - deyə Culhakyan yazıb.
Qeyd edək ki, Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan bu gün sosial şəbəkədəki paylaşımında qeyd edib ki, Paşinyanın “əqli uçuşu” və həyasızlığı sərhəd tanımır:
"Ermənistanın müstəqilliyinin ildönümü Paşinyan üçün heç bir halda bayram deyil. O, bu müstəqilliyə nifrət edir. Çünki bunu o yox, başqaları gətirib”.