BAKI, 22 sentyabr. TELEQRAF
Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan NATO baş katibinin əməliyyatlar üzrə köməkçisinin müavini Burcu Sanı (Türkiyə vətəndaşdır – red.) qəbul edib.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Şurasının İdarəsi məlumat yayıb.
Təhlükəsizlik Şurasının baş katibi Ermənistanın nəticəyönümlü ikitərəfli əməkdaşlığı dərinləşdirməyə hazır olduğunu vurğulayıb.
Burcu San da Ermənistanın NATO-nun Kosovodakı sülhməramlı missiyasında iştirakının artmasına görə minnətdarlığını bildirib.
Həmsöhbətlər həmçinin regional və qeyri-regional təhlükəsizlik vəziyyəti ilə bağlı məsələləri müzakirə ediblər.