RU

Deniel Çidiak ilk dəfə Azərbaycanda oxucularla görüşəcək

Kulis.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Avstraliyalı yazıçı Deniel Çidiak “LİBRAFF” mağazalar şəbəkəsinin təşəbbüsü ilə ilk dəfə Azərbaycanda oxucuları ilə görüşəcək.Kulis.az xəbər verir ki, Azərbaycanda da tez-tez bestseller siyahısına düşən, “Kim deyir ki, bacarmazsan? Bacararsan!” kitabının müəllifi Deniel Çidiak sentyabrın son həftəsində Bakıda qonaq olacaq.Müəllif 27 sentyabr saat 15:00 – “LİBRAFF”ın “Park Akademiya” filialında kitab müzakirəsində iştirak edəcək və motivasiya, şəxsi inkişaf, habelə yumşaq bacarıqların önəmi barədə öz fikirlərini oxucularla bölüşəcək.28 sentyabr saat 12:00 – “Gənclik Mall”ın 1-ci mərtəbəsinin əsas zalında baş tutacaq imza mərasimində isə oxucular müəlliflə bir daha görüşmək imkanı qazanacaqlar.Tədbirin giriş bileti müəllifin kitabıdır.Qeyd edək ki, kitabı bütün LİBRAFF mağazalarından əldə etmək olar.

Üzeyir Hacıbəyli XVII Beynəlxalq Musiqi Festivalı başlayır

Kevin Speysi Venesiyaya rejissor kimi geri dönür?

"Anamdan əmdiyim süd geri qayıtdı" - Həmid Herisçi Anara şeir həsr etdi

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
21
kulis.az

1Источники