“Polşada Rusiyaya məxsus pilotsuz uçuş aparatının hücumuna dair iddiaları ilə başlayan müzakirələr gözlənilməz bir geosiyasi ölçü qazanıb”.
"Cebheinfo.az" xəbər verir ki, “Moskovski Komsomolets” qəzetinin yazarı Mixail Rostovski ilginc iddia ilə çıxış edib.
“2025-ci ildə bəzi mütəxəssislər və siyasətçilərə görə, Üçüncü Dünya müharibəsinin xəbərçisi ola biləcək hadisələr, iddiaya görə Rusiyaya aid bir dronun Polşada bir dovşan qəfəsini vurması ilə başlayıb”, - deyərək məsələnin göründüyündən daha ciddi ola biləcəyini vurğulayıb.
Eyni zamanda, Mixail Rostovski NATO-nun 4-cü maddəsinin son dövrlərdə Şərqi Avropada bir “vərdiş” halını aldığını bildirərək, “Polşalı dovşanlar "Rus imperializmindən" mənəvi zərərmi gördü?
NATO-nun 4-cü maddəsini işə salaq! Rus döyüş təyyarələri Estoniya hava məkanında düz 12 dəqiqəmi qaldı? İndi NATO-nun 4-cü maddəsini yenidən tətbiq edək!” sözləri ilə bu vəziyyətin həm ironik, həm də təhlükəli tərəflərinə diqqət çəkib. O, Qərbdəki bəzi siyasətçiləri “şəhər dəli”ləri adlandırır və Litva Müdafiə Naziri Dovile Şakalenin çıxışını nümunə göstərir:
“O, Rusiya ilə NATO arasında birbaşa hərbi qarşıdurmaya çağırış edir və nəticələrini vecinə almır!”Yazar bu davranışın 2015-ci ildə Türkiyənin “F-16” qırıcı təyyarəsinin Rusiyaya məxsus “Su-24” təyyarəsini vurması ilə yaşanan böhranı xatırlatdığını, lakin o zaman diplomatik yollarla həll tapıldığını qeyd edir.
Mixail Rostovski Qərbdəki fərqli şərhlərə də toxunaraq “The New York Times”da yer alan ifadələri paylaşır:
“Qərb, Putinin onları dözümlülük baxımından test etdiyinə, onu "cəsarətini sınamaq üçün təhrik etdiyinə" inanır”.Lakin Mixail Rostovski görə, əsas problem diplomatiyanın yerinə “meqafon diplomatiyası”nın önə çıxmasıdır. Yazar məqaləsini “Heç nəyi dramatikləşdirmək istəmirəm, buna həqiqətən ehtiyac yoxdur. Amma hər şey olduqca narahatedici bir ssenari üzrə inkişaf edir” sözləri ilə bitirərək, kiçik görünən hadisələrin böyük bir müharibəni başlada biləcəyi riskinə diqqət çəkir.