RU

Türkiyənin şərtləri yerinə yetirilməsə: İrəvan çox gözləyəcək

“Türkiyə ilə münasibətlərin normallaşdırılması İrəvanın xarici siyasət prioritetlərindən biri olaraq qalır”. 

“Cebheinfo.az”-ın məlumatına görə, Ermənistan Milli Məclisinin sədr müavini və Türkiyə ilə danışıqlar üzrə xüsusi nümayəndə Ruben Rubinyan belə deyib. 

“Biz əminik ki, mehriban qonşuluq münasibətləri qurmaq üçün bu tarixi fürsəti əldən verməməliyik. Sülh yolu ilə həll regionumuza sabitlik və firavanlıq gətirməklə yanaşı, həm də dialoq və diplomatiya vasitəsilə uzun müddətdir mövcud olan fikir ayrılıqlarının aradan qaldırılmasının mümkünlüyünü nümayiş etdirməklə qlobal təhlükəsizliyin möhkəmləndirilməsinə töhfə verəcək”. 

O, həmçinin qeyd edib ki, Ermənistan Türkiyənin buna reaksiya verəcəyinə, diplomatik əlaqələr quracağına və sərhədləri tez bir zamanda açmağa hazır olduğuna ümid edir. “Biz ən azı bu gün buna hazırıq”, - deyə Rubinyan əlavə edib. 

Göründüyü kimi, rəsmi İrəvan Türkiyə ilə münasibətlərin normallaşması üçün hər hansı maneənin qalmadığına dair mesaj verir. Ancaq Türkiyə tərəfinin Ermənistanın bu təklifinə tezliklə müsbət reaksiya verəcəyi gözlənilmir. Çünki sərhədlərin açılması və diplomatik əlaqələrin qurulması üçün Türkiyənin konkret şərtləri var. Ermənistan ilk növbədə Azərbaycanla sülh müqaviləsi imzaladıqdan sonra sərhədlər açıla və qarşılıqlı əlaqələr bərpa oluna bilər. 

İkincisi, Ermənistan Türkiyəyə qarşı ərazi iddialarından əl çəkməlidir. Qeyd edək ki, Ermənistanın Müstəqillik Bəyannaməsində Türkiyənin altı şərq vilayəti “Qərbi Ermənistan” adlandırılır. Eyni zamanda, qondarma erməni soyqırımının bütün dünyada tanınması qarşıya məqsəd qoyulur. Bütün bunlar isə Ermənistan konstitusiyasının preambula hissəsində Müstəqillik Bəyannaməsinə istinad etməklə təsbit olunub. 

Избранный
1
2
cebheinfo.az

3Источники