RU

Cənubi Afrikalı vaiz 23 sentyabrda dünyanın sonunu proqnozlaşdırır

Ajans.az xəbər verir ki,onun bu iddiası sosial mediada geniş rezonans doğurub. Milyonlarla izləyici Mhlakelanın çıxışlarını izləyir, lakin ekspertlər və skeptiklər bu "peyğəmbərliyin" reallıqla heç bir əlaqəsi olmadığını bildirirlər. Mhlakela yaxın günlərdə verdiyi açıqlamada bildirmişdi ki, guya "peyğəmbərlik görməsi" olub: “Mən İsanın taxtında oturduğunu və ‘Tezliklə gəlirəm’ dediyini aydın şəkildə eşitdim. O mənə dedi: '2025-ci il sentyabrın 23 və 24-də Yerə qayıdacağam'”. Vaiz iddia edir ki, həmin tarixlərdə İsa Məsihin İkinci Gəlişi baş verəcək və bu, Yer üzündə apokalipsisi – dünyanın sonunu başlatacaq. Maraqlıdır ki, Mhlakela bu hadisənin Yəhudi təqviminə görə Roş-Ha-Şana — yəni Yəhudi Yeni İli ilə üst-üstə düşdüyünü vurğulayır. Bu bayramda adətən şofar adlı buynuz aləti ilə xüsusi mərasimlər keçirilir. Vaiz bu simvolik uyğunluğu öz peyğəmbərliyinə əsas kimi göstərir. Mhlakelanın bəzi ardıcılları artıq apokalipsisə hazırlıq məqsədilə öz əmlaklarını satışa çıxarıb, digərləri isə ibadət və dualara yönəlib. Lakin sosial mediada və dini dairələrdə bu iddialara tənqidi yanaşanların sayı daha çoxdur. Tənqidçilər xatırladır ki, bu cür “dünyanın sonu” proqnozları tarixdə saysız-hesabsız dəfə verilib və bu günə qədər heç biri reallaşmayıb. Ekspertlər bu cür açıqlamaların insanlarda panika, maliyyə zərərləri və emosional çöküş kimi nəticələrə səbəb ola biləcəyini qeyd edirlər. Coşua Mhlakela öz ardıcıllarına duaya və hazırlığa çağırış etsə də, onun proqnozlarının elmi və ya dini əsaslara dayanmadığını vurğulayan çoxsaylı mütəxəssis və din xadimi var. 23 sentyabrın nəticələri isə bu peyğəmbərliyin növbəti uğursuz iddialardan biri olub-olmadığını göstərəcək.

 

Избранный
71
Ajans.az

1Источники