RU

Türkiyə təhsil naziri: Məqsəd gələcək nəsillərə təsir edən qardaşlıq bağlarının qurulmasıdır



İstanbulda da bənzər bir məktəb fəaliyyətə başlayacaq.

Newscenter.az Teleqraf-a istinadən xəbər verir ki, bu fikirləri Türkiyənin təhsil naziri Yusuf Tekin Bakı Türk Anadolu Liseyinin yeni binasının açılış mərasimində səsləndirib.

Nazir bildirib ki, belə bir məktəbə uzun illər ehtiyac duyulurdu:

“Azərbaycan Elm və Təhsil Nazirliyinə təşəkkür edirəm ki, bu binanı bizə təqdim etdi. İnşallah, İstanbulda da bənzər bir məktəb fəaliyyətə başlayacaq.”

Yusuf Tekin vurğulayıb ki, əsas məqsəd gələcək nəsillərə təsir edəcək güclü qardaşlıq və dostluq bağlarının qurulmasıdır:

“Dəyərli dostum Emin Əmrullayevə təşəkkür edirəm. Bu gözəl binanı bizimlə paylaşdı. Gələcək nəsillərə sirayət edəcək şəkildə güclü bağlar formalaşdırmaq əsas hədəfimizdir”.
Избранный
7
2
newscenter.az

3Источники