RU

Azərbaycanda bu avtomobillər bahalaşa bilər - Güzəştlər ləğv olunur?

Bir müddətdir kütləvi informasiya vasitələrində gələn ildən hibrid avtomobillərə güzəştin dayanacağı, elektromobillərə olan güzəştin isə davam edəcəyi haqqında məlumat yayılıb. Bu baş verərsə, təbii olaraq, hibrid avtomobillərin qiymətində artım olacağı gözlənilir. Elektromobillər isə qiymət olaraq alıcılara daha əlçatan olacaq.


Nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov Manset.az-a açıqlamasında bu məlumatın reallıq payını dəyərləndirib.


“Hibrid avtomobillərə tətbiq olunan güzəştlərin ləğv olunmasından hələ ki söhbət getmir. Yaxın bir ildə bu gözlənilmir. Çünki “Ekologiya ili” çərçivəsində bunlar tətbiq olunub və bunun bir neçə il davam edəcəyi proqnozlaşdırılırdı. Məsələ bundan ibarətdir ki, bu avtomobillər özünü necə göstərəcək sualı hamıya maraqlıdır. Bu avtomobillərin bu gün özünü necə göstərməsi hələ ki Azərbaycan iqtisadiyyatında məlum deyil, çevik şəkildə məlum deyil. Ona görə də bu kimi faktlara söykənmək və onları ayırd etmək çətin məsələdir. Bu gün Azərbaycan avtomobil sənayesinin inkişafı xüsusi olaraq bu və digər formada nəqliyyat infrastrukturunun qurulması, onun müəyyən dərəcədə məsələlərin planlaşdırılması baxımından da təzahürlüdür. Ona görə də bu və digər formada nəqliyyatın inkişafının xüsusiləşdirilməsi və ümumiləşdirilməsi kimi məsələlərdən danışmaq düşünürəm ki, tezdir”.

Ekspert qeyd edib ki, elektromobillər də artıq Azərbaycanda günü-gündən məşhurlaşmaqdadır. Bu da gələcəkdə onlara tələbatın artmasına gətirib çıxara bilər. Normal olaraq, tələbatın artması da qiymətin bahalaşmasına da gətirib çıxara bilər. 

 

Fidan Vəlisoy 

Избранный
10
manset.az

1Источники