RU

DİQQƏT: Taksilərdə standart qiymət tətbiq oluna bilər

Bakıda taksi qiymətlərinin gündən-günə dəyişməsi sərnişinlər arasında narazılıq yaradır. Bəzən eyni məsafəyə müxtəlif saatlarda tam fərqlil məbləğlər tələb olunur. Bu isə cəmiyyətdə vahid qiymət mexanizminin tətbiq olunub-olunmaması məsələsini gündəmə gətirib. Mütəxəssislər hesab edirlər ki, taksilərdə standart qiymətlərin müəyyənləşdirilməsi həm sərnişinlər, həm də sürücülər üçün müəyyən üstünlüklər yarada bilər. Bəs, taksi xidmətləri üçün standart qiymət müəyyənləşməlidir?

Mövzu ilə bağlı KONKRET.az-a danışan nəqliyyat eksperti Aslan Əsədov bildirib ki, qiymətlərin tənzimlənməsi bir neçə mexanizm əsasında həyata keçirilə bilər.

Azerforum.com

Ekspertin sözlərinə görə, ilk növbədə bazar iqtisadiyyatı qiymətləri özü formalaşdırır:

“Qiymətlər bazarda təklif və tələbdən asılı olaraq dəyişir. Bunun nəticəsində normallaşma baş verir və hər kəs öz istədiyi deyil, lazım olan dəyərdə xidmət göstərir”.

İkinci mexanizm kimi Əsədov dövlət nəzarətini göstərib:

“Dövlət qurumları birbaşa müdaxilə edərək qiymətləri tənzimləyə bilər. Necə ki, dərman preparatlarının, valyutanın qiymətində müəyyən standartlar tətbiq olunur”.

Ekspert əlavə edib ki, nəqliyyat vasitələrinin rentabelliyi və xidmətin əlçatanlığı da bu məsələdə mühüm rol oynayır:

“Əgər, məsələn, 28 May ilə Sahil metrosu arasında məsafə 2-3 km təşkil edirsə, orada standart 2 manat müəyyən olunubsa, sürücü həmin marşrut üçün 5 manat tələb edə bilməz. Bu mexanizm həm sərnişinlərin maraqlarını qoruyacaq, həm də xidmətin şəffaflığını artıracaq”.

Ekspert hesab edir ki, gələcəkdə taksilər üçün standart qiymətlərin müəyyənləşdirilməsi real ola bilər və bunun həm müsbət, həm də mənfi tərəfləri olacaq.

Aynurə İsmayıl

KONKRET.az

Избранный
15
1
konkret.az

2Источники