RU

Çində yeni virus YAYILIR

Çində artan "Chikungunya" qızdırması hallarına görə ölkədə üçüncü dərəcəli ictimai sağlamlıq fövqəladə vəziyyəti elan olunub.

Yenisabah.az xəbər verir ki, xəstəlik ağcaqanad dişləməsi nəticəsində yayılır və əsasən yüksək hərarət, oynaq ağrıları ilə özünü göstərir. Virusun səbəb olduğu bu xəstəlik həmçinin oynaqda şişkinlik, əzələ ağrısı, baş ağrısı, ürəkbulanma, yorğunluq və dəri səpgiləri ilə müşayiət oluna bilər.

Çinin cənubundakı Guandun əyalətinin Jiangmen şəhərində 19 sentyabr tarixinə qədər 1 714 yoluxma halı qeydə alınıb. Rəsmilər bildirir ki, bütün halların yüngül formada olduğu, ağır xəstə və ya ölüm faktının isə müşahidə edilmədiyi açıqlanıb. pizza sifarişi

Səhiyyə orqanları vəziyyətin nəzarətdə saxlanıldığını, lakin vətəndaşlardan ehtiyat tədbirlərinə ciddi əməl etmələrinin vacibliyini vurğulayıb./BAKU.WS


Telegram kanalımız
Избранный
9
6
yenisabah.az

7Источники