RU

Nani Bekkalli Falko: Azərbaycan dünyada depozitin saxlanması üçün təhlükəsiz yer ola bilər

Azərbaycan dünyada depozitin saxlanması üçün təhlükəsiz yer ola bilər.

APA xəbər verir ki, bunu “Falco Global Partners”in Baş Tərəfdaş və İdarə Heyətinin Sədri, “GE International”ın sabiq Prezidenti və Baş İcraçı Direktoru
Nani Bekkalli Falko Beynəlxalq İnvestisiya Forumunda deyib.

“İqtisadi inkişafın əsas şərtlərindən biri kapital və insan resurslarının ölkəyə və ölkədən sərbəst axınının təmin olunmasıdır. İsveçrə İkinci Dünya Müharibəsində iştirak etməyib. Əsas səbəblərdən biri bu idi ki, İsveçrə müharibədən əvvəl ətraf ölkələrdən kapitallar almışdı. Düşünürəm ki, Azərbaycan da bu baxımdan İsveçrə kimi depozitlərin saxlanılması üçün dünyada ən təhlükəsiz yerlərdən birinə çevrilə bilər” - Nani Bekkalli Falko bildirib.

Избранный
3
apa.az

1Источники