RU

Çində virusla bağlı HƏYƏCAN TƏBİLİ - Fövqəladə vəziyyət elan edildi

Çində "Chikungunya" virusu səbəbilə fövqəladə vəziyyət elan edildi


Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Çinin cənubundakı Guangdong əyalətinin Jiangmen şəhərində, ağcaqanadlar vasitəsilə yayılan "Chikungunya" virusuna yoluxanların sayı 1714 nəfərə çatıb. Səhiyyə orqanları bölgədə 3-cü səviyyəli ictimai sağlamlıq fövqəladə vəziyyəti elan edib.

Məlumata görə, bütün hallar yüngül keçib, ağır xəstə və ya ölüm faktı qeydə alınmayıb. "Chikungunya" virusu qızdırma, oynaq ağrısı, əzələ ağrısı, baş ağrısı, ürəkbulanma və dəri səpgiləri ilə özünü göstərir.

Избранный
4
manset.az

1Источники