RU

"Azercell" istifadəçilərinə üçaylıq pulsuz "Wolt+" abunəliyi təqdim edir

"Azercell" müştərilərinə gündəlik sifarişlərdə rahatlıq və daha əlverişli xidmət imkanları təqdim edən yeni kampaniyaya start verir. Kampaniya çərçivəsində abunəçilər üç ay müddətində ödənişsiz "Wolt+" abunəliyindən faydalana biləcəklər.

"Wolt+" abunəliyi istifadəçilərə restoran və mağazalardan pulsuz çatdırılma, "take away" sifarişlərinə 10% endirim və eksklüziv təkliflərdən yararlanmaq imkanı verir, gündəlik sifarişləri daha səmərəli və rahat edir.

Kampaniyadan faydalanmaq üçün "Azercell" tətbiqində yerləşən "Wolt+" bannerinə klik edərək promo kodu aktivləşdirmək kifayətdir.

Ətraflı məlumat üçün: "Wolt+" kampaniyası | "Azercell"

Poliqon.info

Избранный
11
14
poliqon.info

10Источники