RU

Nazir müavini: Nəqliyyat dəhlizlərinə böyük sərmayələr yatırırıq

Dayanıqlılıq üçün ilk növbədə iqtisadiyyatımızı şaxələndirməli, sonra isə onun mürəkkəbliyini artırmalıyıq.

Bunu Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda panel müzakirəsi zamanı iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli deyib.

“Əgər qeyri-neft ixracının strukturuna baxsanız, görərsiniz ki, əvvəllər burada əsasən kənd təsərrüfatı məhsulları var idi. İndi isə emal olunmuş kənd təsərrüfatı məhsulları və sənaye məhsulları var. Sənaye məhsullarının payı kənd təsərrüfatı məhsullarından daha çoxdur”, - deyə nazir müavini vurğulayıb.

Səməd Bəşirli deyib ki, iqtisadiyyatı diversifikasiya etmək üçün rəqabətədavamlı sənayelər qurulmalıdır:

“Rəqabətədavamlı sənaye üçün isə innovasiya vacibdir. Innovasiyanı texnologiyasız təsəvvür etmək olmaz. Biz dənizə çıxışı olmayan ölkəyik və nəqliyyat dəhlizlərinə böyük sərmayələr yatırırıq. Yeni dəhlizlər yaradırıq. İqtisadiyyatımızı diversifikasiya edərək onun dayanıqlılığını artırırıq. Həm də iqtisadiyyatımızın mürəkkəbliyini artırmağa çalışırıq ki, daha mürəkkəb məhsullar istehsal edə bilək. Bunun üçün bizə texnologiya lazımdır. Texnologiya üçün isə insan kapitalı lazımdır”.

Избранный
18
4
aznews.az

5Источники