RU

Rusiya Hindistana Su-57 istehsal etməyi təklif edib

Rusiya Hindistana beşinci nəsil Su-57 qırıcılarının tədarükü və istehsalının lokallaşdırılması təklifini təqdim edib. 

NOCOMMENT.az TASS-a istinadən xəbər verir ki, bu barədə hərbi-texniki əməkdaşlıq sistemindəki mənbə bildirib.

Moskva Hindistanda beşinci nəsil Su-57 döyüş təyyarələrinin tədarükü və istehsalının lokallaşdırılması ilə bağlı Nyu-Dehliyə təklif göndərib.

Agentliyin mənbəsi vurğulayıb ki, Hindistan hazırda bu təklifi nəzərdən keçirir.

Sentyabrın əvvəlində ANI xəbər vermişdi ki, Moskva və Yeni Dehli yeni nəsil Hindistan qırıcı təyyarəsinin yaradılması üçün əvvəllər ləğv edilmiş birgə layihəni bərpa etmək imkanlarını araşdırır. Əvvəlcə Hindistan Su-57-ləri alıb istehsala başlaya bilərdi.

Avqust ayında Rostec Dövlət Korporasiyasının baş direktoru Sergey Çemezov elan etdi ki, xarici müştəri tezliklə ilk beşinci nəsil Su-57E döyüş təyyarəsini (ixrac üçün) alacaq.

Избранный
16
1
nocomment.az

3Источники