RU

III MDB Oyunlarında futbol yarışlarının püşkü atılıb

Azərbaycanda keçiriləcək III MDB Oyunlarında futbol yarışlarının püşkü atılıb.

Apasport.az xəbər verir ki, püşkatmanın nəticəsinə görə, 16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası A qrupunda Tacikistan və Qırğızıstan yığmaları ilə qarşılaşacaq.

B qrupunda isə Belarus, Rusiya və Özbəkistanın U-16 kollektivləri üz-üzə gələcəklər.

Qəbələ şəhər stadionunda təşkil olunacaq turnirdə 6 komanda iki qrupda mübarizə aparacaq. Qrup qalibləri finalda çempionu müəyyənləşdirəcəklər. Qruplarda ikinci yeri tutacaq komandalar 3-cü yer uğrunda matçda, üçüncülər isə 5-ci yer uğrunda görüşdə üz-üzə gələcəklər.

 

A qrupu

 

27 sentyabr

12:00. Tacikistan – Azərbaycan

29 sentyabr

14:00. Qırğızıstan – Tacikistan

1 oktyabr

14:00. Azərbaycan - Qırğızıstan

 

B qrupu

 

27 sentyabr

14:00. Belarus – Rusiya

29 sentyabr

12:00. Belarus – Özbəkistan

1 oktyabr

12:00. Rusiya – Özbəkistan

 

3 oktyabr

12:00. 5-ci yer uğrunda

14:00. 3-cü yer uğrunda

 

4 oktyabr

14:00. Final

Aqil Nəbiyev: “Komandamız gələcəyə ümid verir”

Okan Buruk: “Hakimin əleyhimizə verdiyi qərarlar çox oldu”

ÇL: "Napoli" səfərdə, “Nyukasl” evdə məğlub oldu - YENİLƏNİB

"Ayntraxt" “Qalatasaray”ı darmadağın etdi - YENİLƏNİB

Aqil Nəbiyevin yetirmələri Monteneqroya qalib gəlib

Избранный
9
14
apasport.az

10Источники