RU

Tik Tok a ABŞ hücumu: Tramp ələ keçirmə planını açıqladı

ain.az xəbər verir, Turkstan.az saytına əsaslanaraq.

ABŞ Prezidenti Donald Tramp Çin mənşəli TikTok platformasının məlumat təhlükəsizliyi ilə bağlı narahatlıqlar səbəbilə potensial olaraq ələ keçirilməsi və ya bağlanması ilə üzləşə biləcəyini bildirib.

Turkustan.az xəbər verir ki , bu məqsədlə tanınmış amerikalı biznes adamlarının rəhbərlik etdiyi bir konsorsiumun TikTok-u almağı planlaşdırdığını açıqlayıb.

Tramp bu barədə Fox News telekanalında çıxışı zamanı danışıb. Onun sözlərinə görə, konsorsiumda Oracle şirkətinin qurucusu və CEO-su Larri Ellison, Dell Technologies şirkətinin rəhbəri Maykl Dell, eləcə də News Corp media nəhənginin təsisçisi Rupert Merdok və onun oğlu Lachlan Merdok yer alacaq.

“Onlar tanınmış insanlardır. Larri Ellison onlardan biridir və o, bu prosesdə iştirak edəcək. O, əla oğlandır. Maykl Dell də daxil olacaq. Və – bunu sizə demək istəməzdim – orada Lachlan adlı bir oğlan da var. Rupert Merdok da yəqin ki, qrupda olacaq,” – deyə, Tramp bildirib.

Ağ Evin sözçüsü Karolin Leavitt isə Fox News-a açıqlamasında bildirib ki, Oracle rəhbərliyi altında yeddi nəfərlik bir şura yaradılacaq və bu şura ABŞ istifadəçilərinin məlumat təhlükəsizliyinə nəzarət edəcək. Şura üzvlərinin altısı amerikalı olacaq.

Leavitt əlavə edib ki, TikTok-un alqoritmi də ABŞ-ın nəzarəti altında olacaq və bu, təhlükəsizliklə bağlı narahatlıqların aradan qaldırılması üçün əsas addımlardan biri sayılır.

Aytən Yaşar/ Turkustan.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
4
1
icma.az

2Источники