RU

Putin Təhlükəsizlik Şurasını topladı

Rusiya prezidenti Vladimir Putin Kremldə Rusiya Təhlükəsizlik Şurasının daimi üzvləri ilə növbəti görüşünü keçirir. 

News365.az xəbər verir ki, bu barədə Rusiya KİV yazıb. 

Təhlükəsizlik Şurasının daimi üzvlərinə Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev, Rusiyanın müdafiə naziri Andrey Belousov, FTX-nin direktoru Aleksandr Bortnikov, Prezident Administrasiyasının rəhbəri Anton Vayno  Dövlət Dumasının sədri Vyaçeslav Volodin, Prezidentin nəqliyyat üzrə xüsusi nümayəndəsi Vladimir Kolokoltsev, xarici işlər naziri Sergey Lavrov, Federasiya Şurasının sədri Valentina Matviyenko, baş nazir Mixail Mişustin, Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin, Prezidentin köməkçisi Nikolay Patruşev və Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu daxildir. 

Qeyd edək ki, Rusiya ldierinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Putin görüş zamanı bir sıra mühüm açıqlamalar verəcək.

Избранный
2
2
news365.az

5Источники