RU

“Biz belə xaraktersiz futbolçulara layiq deyilik” - Ramilin dönüşü azarkeşləri qəzəbləndirdi

"Qarabağ" daha bir futbolçunun keçidini reallaşdırıb: Ramil Şeydayev heyətə cəlb olunub. Ağdam klubu 29 yaşlı hücumçu ilə birillik müqavilə imzalayıb. Şeydayev “Qarabağ”da 77 nömrəli formanı geyəcək.

Ramil 2017-2018 və 2021-2023-cü illərdə də “Qarabağ”da çıxış edib - 3 dəfə ölkə çempionu olub, 1 dəfə ölkə kubokunu qazanıb, 2022/23 mövsümündə 22 qolla premyer-liqanın bombardiri adını qazanıb.

Yığmada keçirdiyi 69 oyunda 10 qol vuran forvard karyerası ərzində “Zenit”, “Rubin”, “Krılya Sovetov”, Moskva “Dinamo”su (hamısı Rusiya), “Trabzonspor”, “Kocaelispor” (hər ikisi Türkiyə), “Jilina” (Slovakiya), “Buriram Yunayted” (Tailand), ölkəmizdə isə “Sabah” və “Neftçi”də çıxış edib.

Gözlənildiyi kimi, Şeydayevin dönüşünü “Qarabağ” azarkeşləri birmənalı qarşılamayıb. Klubu qınayanlar çoxdu.

serxansettarli: “Biz belə xaraktersiz futbolçulara layiq deyilik”.
murad_kahayevv: “Maskot kluba bundan daha çox xeyir verəcək”.
eldar_66: “Əvəzedici komandaya göndərin, məşqlərinə davam etsin”.
muradpashayev: “Azarkeşlərə hörmətsizlik edirsiz”.
vasif_babayev_: “Yetimi qıraqda qalmasın deyə götürüblər. Bir qəpiklik oyunçu deyil”.

MÜZƏFFƏR QULUZADƏ

Избранный
13
1
football-plus.az

2Источники