RU

Rusiya Hindistana Su-57 istehsalı ilə bağlı əməkdaşlıq təklif etdi

Rusiya Hindistana beşinci nəsil Su-57 qırıcılarının tədarükü və istehsalının lokallaşdırılması təklifini təqdim edib, bu barədə hərbi-texniki əməkdaşlıq sistemindəki mənbə bildirib.

Busaat.az bu barədə “TASS”a istinadən xəbər verir.

“Moskva Hindistanda beşinci nəsil Su-57 qırıcılarının tədarükü və istehsalının lokallaşdırılması üçün Nyu-Dehliyə təklif təqdim edib”.

Mənbə vurğulayıb ki, Hindistan hazırda təklifi nəzərdən keçirir.

Sentyabrın əvvəlində Moskva və Yeni Dehli yeni nəsil Hindistan qırıcı təyyarəsinin yaradılması üçün əvvəllər ləğv edilmiş birgə layihəni bərpa etmək imkanlarını araşdırır. Əvvəlcə Hindistan Su-57-ləri alıb istehsala başlaya bilərdi.

Yeganə

Избранный
9
1
busaat.az

3Источники