RU

Adnan Əhmədzadə içəridən xəbər göndərdi: Bundan narahatam

ain.az, GlobalInfo portalına istinadən məlumat verir.

Adnan Əhmədzadə nüfuzlu iş adamıdır. Media və sosial şəbəkələrdə onun şərəf və ləyaqətini aşağılayan məlumatlar yayılır. O məlumatlar həqiqəti əks etdirmir. Müvəkkilim və mən bundan narahatıq.

Globalinfo.az bildirir ki, bu sözləri Teleqraf-a açıqlamasında ötən həftəsonu həbs edilən iş adamı Adnan Əhmədzadənin vəkili Şaiq Mirzəyev deyib.

O, iş adamının şəxsi istəyi ilə vəkil kimi prosesə qatıldığını vurğulayıb.

Ş.Mirzəyev A.Əhmədzadənin konkret hansı maddələrlə ittiham olunması haqda sualı cavablandırmaqdan imtina edib. Buna baxmayaraq, müvəkkili ilə İstintaq Təcridxanasında görüşdüyünü, A.Əhmədzadənin səhhətinin qaydasında olduğunu və özünü yaxşı hiss etdiyini bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
8
8
globalinfo.az

10Источники