Bakı. Trend:
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında İqtisadiZonaların İnkişafı Agentliyi (İZİA) Çin şirkəti "China DatangOverseas Investment Co." ilə birgə Azərbaycanda “Yaşıl EnerjiSənaye Parkı”nın yaradılması üzrə Anlaşma Memorandumunu (MoU)imzalayıb.
Trend xəbər verirki, Bakıda keçirilən 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumuçərçivəsində baş tutan mərasimdə saziş İZİA-nın İdarə Heyətininsədri Seymur Adıgözəlov və "China Datang Overseas Investment Co."şirkətinin Baş meneceri Yuanlonq Zhou tərəfindən imzalanıb.
Parkın məqsədi bərpa olunan enerji və ekoloji texnologiyalarıninkişafına töhfə verməkdir.