RU

Netanyahuya çağırış: 4 ölkəyə belə cavab verilsin!

ain.az, GlobalInfo portalına istinadən məlumat yayır.

“İsrailli nazirlər Britaniya və daha üç ölkənin Fələstini rəsmən tanımaq qərarına gəlməsindən sonra baş nazir Benyamin Netanyahunu İordan çayının qərb sahilini ilhaq etməyə çağırıb”.

 Globalinfo.az xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.

“Xüsusilə də İsrailin maliyyə naziri Bezalel Smotriç bu mövqeyi bölüşür. Onun sözlərinə görə, Britaniya və digər ölkələrin Təl-Əvivin gələcəyini müəyyən etdiyi günlər arxada qalıb”, – deyə bildirilib.

Xatırladaq ki, sentyabrın 21-də Portuqaliya, Kanada, Avstraliya və Böyük Britaniya Fələstinin dövlətçiliyini rəsmən tanıyıb.

Fransa Prezidenti Emmanuel Makron ölkə hakimiyyətinin sentyabrın 22-də Fələstini tanıyacağını açıqlayıb.

Əliyar Xəlil

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
3
1
globalinfo.az

2Источники